“Paint” qrafik redaktorunda qış mənzərəsi

        Qrafik redaktorlar - informatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Paint, Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel Draw və s. göstərmək olar.

        Dekabrın 26-də informatika dərsində 5-ci sinif şagirdləri "Paint" qrafik redaktorunda qış fəslinin gözəlliklərini əks etdirən şəkillər çəkdilər.   Onlar qrafik redaktorunun alətlərindən istifadə edərək  qar adamı, küknar və şam ağacları, qar dənəciklərini məharətlə yaratdılar. Hər bir şagird öz bacarığını nümayiş etdirdi. 

        Müəllim onlara izah etdi ki, diskdə saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır. Şagirdlərin işləri müəllim Almaz Qurbanova tərəfindən meyarlar əsasında qiymətləndirildi və onlar çəkdikləri qış mənzərələrini kompüterin yaddaşında saxladılar.

        Dərs şagirdlərin çox xoşuna gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi