Məktəbimizin  fəaliyyəti “Təhsil və Tərəqqi” verilişində işıqlandırıldı

 Məktəbimizin  fəaliyyəti Mədəniyyət kanalında efirə gedən ”Təhsil və Tərəqqi” verilişində işıqlandırıldı. 

        Verilişdə məktəbin direktoru N. Ə. Hacıyeva  çıxış edərək son zamanlar pedaqoji kollektivin və şagirdlərin əldə etdikləri uğurlardan, müəllimlərin və məktəbin qatıldığı layihələrdən, məktəbdə mövcud olan nizam-intizam qaydalarından danışdı. O, məktəbin zəngin maddi-texniki bazasına malik olmasını, dərslərin müasir texnologiyalarla tədris olunmasını, idman sahəsində müxtəlif nailiyyətlərin qazanılmasını da qeyd etdi.

        Bütün məktəb kollektivi çalışdığı bu təhsil ocağının daim inkişafı üçün əlindən gələni edir. Təsadüfi deyil ki, "Təhsildə inkişaf və innovasiyalar" üzrə  1-ci qrant müsabiqəsində məktəbin ümumtəhsil və fərdi kateqoriyalar üzrə iki layihəsi qalib olmuşdur. Hal-hazırda məktəbdə STEM laboratoriyası fəaliyyət göstərir.

        Məktəbin zəngin kitabxanasında şagirdlər vaxtaşırı mütaliə qabiliyyətini artırır, asudə vaxtlarını səmərəli keçirirlər. Bundan başqa məktəbimizin şagirdləri respublikda keçirilən müxtəlif bilik yarışlarında, şeir və rəsm müsabiqələrində və digər tədbirlərdə yaxından iştirak edirlər.

        Məktəbdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə, onların sağlam ruhda böyüməsinə və fiziki inkişaflarına da xüsusi fikir verilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi