IV siniflərdə monitorinq keçirildi

Dekabrın 20-də məktəbin 4-cü siniflərində Azərbaycan dili fənni üzrə məktəbdaxili monitorinq keçirildi. Şagirdlər qapalı və açıq test tapşırığını cavablandırdılar. Monitorinqdə nəzarətçi kimi qeyri-fənn müəllimləri iştirak etdilər. Monitorinqin keçirilməsində məqsəd Azərbaycan dili fənni üzrə ibtidai təhsil pilləsinin son sinfində şagirdlərin bilik və bacarıq səviyyələrini yoxlamaq və infişaf dinamikasını izləməkdən ibarət idi.