Şagirdlər ”Atam, anam və mən” tamaşasına baxdılar

Teatr tamaşaları həyatı, insanın hislərini, arzu və istəklərini canlı şəkildə əks etdirir. Teatr tamaşalarının bir çox tərbiyəvi əhəmiyyəti vardır.
Noyabrın 20-də məktəbin rus bölməsinin 6c sinif şagirdləri Rus dili və ədəbiyyatı müəllimi Saida Yusubova ilə birlikdə S. Vurğun adına Azərbaycan Dövlət Rus dram teatrına ”Atam, anam və mən” tamaşasına baxmaq üçün getdilər. Tamaşa çox maraqlı keçdi. Aktyorlar öz rollarını çox məharətlə ifa edirdilər. Bütün tamaşa boyu şagirdlərin sevinci hiss olunurdu.
Bu cür tamaşalar şagirdlərə xeyirxah, zəhmətkeş olmağı, əməyə məhəbbəti, qarşıya çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldıraraq öz istəyinə nail olmağı öyrədir. Qeyd edək ki, gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşlərinin formalaşmasında və vətənə məhəbbət ruhunda tərbiyə olunmasında teatrın əvəzsiz xidmətləri vardır.