Şagirdlərimiz ”Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsində iştirak etdilər

Dekabrın 16-da məktəbimizin şagirdləri ”Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi çərçivəsində psixoloji test və müşahidə oyunlarında iştirak etdilər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə 1- ci qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir. Layihənin məqsədi məktəblilərin müasir metodika, psixoloji diaqnostika və texnikalarla bilik və bacarıqlarının öyrənilməsi və düzgün istiqamət göstərilərək yuxarı sinif şagirdlərinə dərk edilmiş şəkildə peşə seçimini etməyə kömək etmək, peşə seçimini etmək üçün psixoloji hazırlıq üçün şərait yaratmaq, öz gələcəyi, peşəkar karyerasını planlaşdırmaq üçün səriştələrin verilməsindən ibarətdir.