"İntellektual klub" layihəsinin yekun tədbiri keçirildi

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi" ndə məktəbin informatika müəllimi Qurbanova Almaz Əsəd qızının məktəblərarası əməkdaşlıq bölməsi üzrə "İntellektual klub" layihəsi də qalib gələn layihələr sırasında olmuşdur. Qeyd edək ki, layihəyə Nəsimi rayon 19 №-li, 14 №-li, 159 №-li və 247 №-li tam orta məktəblərin şagirdləri cəlb olunmuşlar. Layihədə əsas məqsəd şagirdlərin intellektual səviyyələrini və dünya görüşlərini artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirməkdən ibarət  idi. Üç ay ərzində qarşıya qoyulmuş məqsədə çatmaq üçün şagirdlərə təlimlər keçirildi. Dekadrın 14-də isə layihənin bağlanış mərasimi oldu. Tədbirdə müəllimlər, şagirdlər və  valideynlər iştirak etdilər. Layihə iştirakçılarına sertifikatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi