Bakı Mühəndislik Universitetinə səyahət

Dekabrın 14-də məktəbin STEM mərkəzində təlim keçən müəllimləri və II-VIII sinif şagirdləri Bakı Mühəndislik Universitetinə səyahət etdilər. Onlar Universitetin müxtəlif laboratotiyalarda hazırlanmış əl işləri, 3 d laboratoriyası və BMU tələbələrinin hazırladıqları cihazlarla tanış oldular. Texnoparkda olan ən son texnoloji aparatlar şagirdlərin böyük marağına səbəb oldu. Ekskursiyanın təşkil olunmasında BMU-nun rəhbərliyi və müəllim heyəti məktəbə dəstək oldular. Ekskursiya şagirdlərin çox xoşuna gəldi. Onlar həm texnoloji qurğularla tanış oldular, həm də əyləndilər.