Ümummilli lideri Heydər Əliyevin anım günü

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il kecir. O, 2003-cü il dekabr ayının 12-də vəfat etmişdir. Ulu öndərin xatirəsini yad etmək üçün məktəbdə rus dili və ədəbiyyatı müəllimi Saida Yusubovanın rəhbərliyi altında rus bölməsinin V-VII sinif şagirdləri Ulu öndərin xatirəsinə həsr olunmuş layihə təqdim etdilər. Layihədə çıxış edən müəllimə H. Əliyevin həyat və yaradıcılığından söhbət açdı. Sonra şagirdlər ümummilli liderə həsr olunmuş şeirlər ifa etdilər. Ulu öndərin həyatından bəhs edən slaydlar nümaiyş etdirildi və layihə iştirakçıları H. Əliyevin ifasında xatirə yazısı olan "Azərbaycan" şeirini dinlədilər. Sonda “H. Əliyev və Azərbaycan” adlı sənədli film nümayiş etdirildi.