Bayrağımız həmişə yüksəklərdə dalğalansın!

İstedad sonradan qazanılmır, insanın özü ilə doğulur. Doğurdan da, istedadsız şagird yoxdur, sadəcə bu istedadı üzə çıxarmaq lazımdır. Məktəbimizin 5-ci sinif şagirdi Nihat Baxşıyevin istedadı isə hələ 6 yaşı olarkən meydana çıxdı. O, idmanın futbol növünə böyük maraq göstərirdi. Bunu nəzərə alan valideynləri onu İdman məktəbinə gətirdilər. Nihat əvvəlcə Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "Beşiktaş" və "Qalatasaray" Futbol məktəblərində ilk addımlarını atdı. Daha sonra "Vətən" İdman Klubunda futbolun sirlərini öyrəndi. Hal-hazırda isə futbol kariyerasını Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" İdman Klubunda davam etdirir. Bu yaxınlarda Nihatın iştirak etdiyi futbol komandası 10 yaşlılar arasında futbol çempionatının Türkiyə üzrə seçmə yarışlarında qələbə qazanaraq İspaniyada keçiriləcək beynəlxalq futbol turnirinə vəsiqə almışdır. Onlara uğurlar arzulayır və Azərbaycanımızın bayrağını həmişə yüksəklərdə dalğalandırmalarını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi