“İntellektual klub” layihəsinin növbəti təlimi

        Dekabrın 6-də  “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş Almaz Qurbanovanın İntellektual klub” layihəsinin 12-ci təlimi keçirildi. Təlim 247 №-li tam orta məktəbdə baş tutdu. İlk təlimlərdən  fərqli olaraq şagirdlərin  yarış texnikası qaydalarına və komandada işləmək bacarığına yiyələndikləri aydın görünürdü. Təqdim olunan sualları daha tez və düzgün cavablandırırdılar. Əminik ki, şagirdlərimz bu layihədən çox faydalanacaqlar. Qeyd edək ki, layihənin məqsədi şagirdlərin dünyagörüşünü artırmaq, müxtəlif məktəblərin şagirdləri arasında dostluq və əməkdaşlıq münasibətləri yaratmaq, onlara vətənimizin tarixini və mədəniyyətini daha da dərindən öyrətməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi