Vətənim, doğma yurdum Azərbaycan!

Dekabrın 6-da məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Abbasovanın rəhbərliyi altında rus bölməsinin 7-ci sinif şagirdləri “Vətənim , doğma yurdum Azərbaycan!” adlı layihə təqdim etdilər. Layihə Dövlət himnimizin oxunması ilə başlandı. Sonra dahi musiqiçi M. Maqomayevin ifasında “Azərbaycan” mahnısı səsləndirildi. Sevda Abbasova şagirdlərə Azərbaycanda müxtəlif xalaqların yaşamasından və onlar arasında olan dostluq münasibətlərindən danışdı. O, qeyd etdi ki, milliyyətindən asılı olmayaraq hər bir kəs yaşadığı vətəni, torpağı sevməli, lazım gələrsə onun uğrunda canından keçməyə belə hazır olmalıdırlar. Şagirdlər dövlət rəmzlərimiz haqqında məlumat verdilər, onlara həsr olunmuş şeirlər söylədilər. 3-cü sinif şagirdi “Uzundərə” rəqsini ifa etdi. Digər şagirdlər də Azərbaycana həsr olunmuş müxtəlif şeirlər və mahnılar söylədilər. Sonda layihədə fəal iştirak edən şagirdlərə diplomlar təqdim olundu.