Beynimizi çalışmağa sövq edək

Dekabrın 1-də məktəbin psixoloqu Gülbəniz Hüseynova "Beynimizi çalışmağa sövq edək" devizi altında şagirdlərdə düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və məntiqi təfəkkürün aşkar olunması məqsədi ilə yuxarı sinif şagirdləri ilə psixodioqnastik işlər aparmışdır. Şagirdlərin istedadlarının vaxtından əvvəl üzə çıxarılması və onların gələcək inkişafında bunun mühüm rol oynamasını nəzərə alaraq "Raven" metodikası keçirilmiş və nəticələr təhlil olunaraq uşaqlara lazımi tövsiyələr verilmişdir.