Əyləncəli qrammatik oyunlar

Dekabrın 1-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman Mehdiyevanın rəhbərliyi altında "Əyləncəli qrammatik oyunlar" adlı layihə təqdim olundu. Layihədə 5-ci sinif şagirdləri iştirak edirdilər. Layihə qrammatikanın "Nitq hissələri" adlı tədris vahidinə həsr olunmuşdu. Layihədə şagirdlər müxtəlif cür əyləncəli qrammatik oyunlar təqdim etdilər. Onlar nitq hissələrindən ibarət krossvord həll etdilər, kodlaşdırılmış rebusu açdılar. Daha sonra aktyorluq qabiliyyəti olan şagirdlər "Sonbeşik" adlı səhnəcik nümayiş etdirdilər. Bu cür oyunların keçirilməsində məqsəd Azərbaycan dili biliklərini möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Qrammatik mövzularda təqdim olunan oyunlar, mahnılar, hekayələr şagirdlərin oxu və yazı bacarıqlarının inkişaf etdirilməsində böyük rol oynayır.