Sevgiyə ehtiyacı olanlar

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. Azərbaycanda bu insanların sayı 360 minə çatır. Cəmiyyətimizdə belə insanlara həmişə qayğı ilə yanaşılır. Dekabrın 3-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Heydərovanın rəhbərliyi altında 7 "B" sinfinin şagirdləri II qrup fiziki qüsurlu Zərifə xanımın ziyarətinə getdilər. Şagirdlərin bu səfəri onu çox sevindirdi. Onlar Zərifə xanımla maraqlı söhbətlər etdilər. Qiraəti sevən şagirdlər Zərifə xanım üçün hekayə oxudular. Daha sonra ona işlərində köməklik göstərdilər. Ayrılıq məqamı isə təsirli oldu. Zərifə xanım bu mehriban və qayğıkeş şagirdləri çox sevdi. Qeyd edək ki, ona göstərilən maddi yardım deyil, mənəvi dəstək daha önəmli oldu. Biz Zərifə xanımın yanından qayıtdıq, amma heç də nigaran deyilik. Çünki bilirik ki, dövlətimizin diqqəti hər zaman onların üzərindədir.