"Обобщающие задания" mövzusunda dərs dinlənildi

Noyabrın 30-da riyaziyyat və informatika aylığı çərçivəsində İlahə Hacızadənin rus bölməsinin 1"Ç" sinifində riyaziyyat fənni üzrə Обобщающие задания mövzusunda dərsi dinlənildi. Dərsdə məktəb rəhbərliyi, metodbirləşmə rəhbəri və müəllimlər iştirak etdi. Müəllimə riyaziyyatın sehrli aləminin sakinlərinin təsvirini slaydlarla lövhədə bir-bir  nümayiş etdirdi və şagirdlər onları yada salıb adlarını dilə gətirdilər: "цифры", "числа", "числовой поезд","числовая ось","знаки сравнения", "компоненты сложения и вычитания","действия сложения и вычитания". Şagirdlər cütlərlə iş mərhələsində çox fəal idilər. Müəllimin şifahi səsləndirdiyi suallar rəqəmli kartlar vasitəsilə cavablandırıldı.  Birincilər istirahət dəqiqəsində musiqi sədası altında əylənərək  idman hərəkətləri etdilər. Dincəldikdən sonra lövhədə verilmiş misalları böyük həvəslə həll etdilər. Daha sonra dərsliyə müraciət olundu. Dərsin yaradıcı tətbiqetmə mərhələsində isə müəllim oyun xarakterli tapşırıq verdi. Uşaqlar iki qrupa bölündü və nizamsız paylanmış iri rəqəmlərdən ədəd ardıcıllığı yaratdılar. Dərs maraqlı və fəal keçdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi