Əsrlərdən gələn səslər

Noyabrın 27-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Heydərovanın rəhbərliyi altında 7 "B" sinif şagirdləri "Əsrlərdən gələn səslər" adlı layihə təqdim etdilər. Layihədə şagirdlər dahi Nizami Gəncəvi, Məhəmməd Fizuli, M. Ə. Sabir, Molla Pənah Vaqif və s. ədiblərimiz haqqında ətraflı məlumat verdilər və onların əsərlərindən parçalar ifa etdilər. Sonra sıra musiqiyə verildi. Şagirdlər şeirlər, mahnılar və rəqslər ifa edərək layihə iştirakçılarını heyran qoydular.  Meyxana janrına müraciət edən oğlanlar dahi Əliağa Vahidi bir daha yad etdilər. Ədiblərin əsərlərindən parçalar məharətlə səhnələşdirildi. Ölməz sənətkarlarımız Ş. Ələkbərovanın, M. Maqomayevin, E. Rəhimovanın gözəl ifaları sanki layihə iştirakçılarına ruhən dinclik verdi. Layihə ədəbiyyat incilərinin şəkillərindən ibarət video-çarxın nümayişi ilə başa çatdı. Sonda istedadlı şagirdlərə diplomlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi