Riyaziyyat gecəsi keçirildi

Noyabrın 29-da fəaliyyət planına əsasən məktəbdə riyaziyyat və informatika aylığının yekunu olaraq III-VII sinif şagirdlərinin iştirakı ilə riyaziyyat gecəsi keçirildi. Tədbir üçüncü sinif şagirdlərinin çıxışı ilə açıq elan edildi. Şagirdlər riyazi işarələr və rəqəmlər haqqında şeirlər söylədilər, riyaziyyat fənni haqqında mahnı ifa etdilər. Sonra şagirdlər arasında bilik yarışı keçirildi. Onlara riyaziyyat və məntiq üzrə müxtəlif suallar təqdim olundu. Şagirdlər riyaziyyat, həndəsə, astronomiya və məntiq elmləri sahəsində əvəzsiz xidmətləri olan dahilərimizdən Nəsirəddin Tusi, Lütfi-Zadə və Ömər Xəyyam haqqında təqdimatlar etdilər. Tədbir maraqlı və yadda qalan oldu.