Çingiz Abdullayevlə görüş

     Noyabrın 25-də məktəbin 9b sinif şagirdləri və sinif rəhbəri Aybəniz İbrahimova "Azərkitab" Kitab Təbliğatı Mərkəzində məhşur dedektiv əsərlərin müəllifi yazıçı Çingiz Abdullayevlə keçirilən görüşdə iştirak etdilər. Şagirdlər yazıçıya onun əsərlərini maraqla oxuduqlarını söylədilər. Onlar yazıçının həyat və yaradıcılıqından bəhs edərək əsərlərindəki qəhrəmanlarının müsbət və mənfi cəhətlərindən söhbət açdılar. Yazıçı şagirdlərin onun əsərlərini sevə-sevə oxuduqlarını alqışladı. Çingiz Abdullayev çıxışında öz qəhrəmanlarının haradan qaynaqlandığından söhbət açdı. Müəllif əsərlərinə yeni filmlər çəkildiyini də söylədi. Sonra yazıçı "Çingiz" adı haqqında çox maraqlı məlumatlar verdi. Sonda Çingiz Abdullayev öz kitablarına imza ataraq şagirdlərə hədiyyə etdi və onlarla xatirə şəkili çəkdirdi. Görüş çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi