Elmi nəzəri praktik konfrans keçirildi

Noyabrın 17-də məktəbin akt zalında Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi" adlı layihə çərçivəsində 247 №-li tam orta məktəbdə "Azərbaycan gənci hər zaman vətənpərvər olub" mövzusunda elmi nəzəri praktik konfrans keçirildi. Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı. Konfransı giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva icra olunan layihənin vacibliyindən danışdı. Belə tədbirlərin məktəblərdə keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində müsbət təsirə malik olduğunu bildirdi. Layihənin rəhbəri M. Əliyev layihə haqqında geniş məlumat verdikdən sonra qeyd etdi ki, Ali Baş Komandanımız prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi, vətən keşiyində duran zabit və əsgərlərlə görüşü gənclərimizdə bu şövqü daha da artırır. Bütün bunların gənclərin vətənpərvər yetişməsində və vətənpərvərlik hisslərinin artırılmasında əvəzedilməz rolu vardır. Konfransda çıxış edən Nəsimi rayon Gənclər və İdman Baş İdarəsinin məsul işçisi Ş. Tağıyev gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu vuruğladı. Tədbirdə milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və xidmətlərinə görə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev və məktəbin tarix müəllimi Günay Allahverdiyeva fəxri diplomla təltif edildi. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olundu. Tədbir başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirildi.
Layihə iştirakçılarına vətənpərvərlik mövzuları ilə bağlı olan maarifləndirici bukletlər və informasiya materialları, təsvirli köynəklər və Ulu Öndərin şəkli əks olunmuş döş nişanları paylandı. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilirdi.