II Beynəlxalq təlim Konfransı keçirildi

16 və 17 noyabr tarixlərində Bakıda Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə "Öyrənməyi öyrənmək” adlı II Beynəlxalq Təlim Konfransı və 18. 11. 2017-ci il tarixində isə konfrans sonrası "Master klass" seminarları keçirildi. Konfransda üç tanınmış beynəlxalq məruzəçi - Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak etdilər. Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçrildi. Təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində konfransda iştirakçılar bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirdilər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verməsi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və şagirdlərin təlim nəticələrinin inkişafında beyinin məlumatı necə emal etməsinin rolu təhlil olundu.
Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də geniş imkanlar yaradılan konfransda 247 №-li məktəbin direktoru N. Ə. Hacıyeva, ibtidai sinif müəllimləri Naida İbrahimova, İlahə Hacızadə və Gülnarə Məlikova da iştirak edirdilər. Müəllimlər konfransdan yüksək təəssuratlarla döndülər.