Nağıllar aləminə səyahət

Noyabrın 4-də Ataşova Afət Söhbət qızının rəhbərliyi altında 2 "B" sinif şagirdləri məktəbin kitabxanasında "Nağıllar aləminə səyahət" adlı tədbir keçirtdilər. Tədbirdə şagirdlər C. Məmmədquluzadənin "Cücə və tülkü" təmsilini və "İki acgöz ayı balası" macar nağılını səhnələşdirdilər. Şagirdlər onlara tapşırılan rolların öhdəsindən məharətlə gəldilər. Qeyd edək ki,  azyaşlıların tərbiyəsində tamaşaların böyük əhəmiyyəti vardır. Uşaq ədəbiyyatından olan müxtəlif nümunələrin səhnələşdirilməsində məqsəd sadəcə əyləndirmək deyil, uşaqların tamaşadan nəticə çıxarmalarıdır. Tamaşalara baxan zaman onlarda əməyə məhəbbət, vətənpərvərlik, mərdlik və s. kimi bir çox müsbət cəhətlər formalaşır. Belə tərbiyəvi əhəmiyyətli nağılların səhnələşdirilməsi təbii ki, çox mühümdür və uşaqların dünya görüşlərinin artmasında öz təsirini göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi