Təbiətin qoynunda təsviri incəsənət dərsi

Noyabrın 14-də məktəbin təsviri incəsənət müəllimi Xədicə Əzimovanın rəhbərliyi altında 6 "C" sinif şagirdləri təbiətin qoynunda payız fəslinin gözəlliklərini təsvir etdilər. Payız rəssamın hələ çəkmədiyi lakin çəkmək arzusunda olduğu bir tablodur. İnsanlara bəxş olunan bütün rəng çalarlarını bu fəsildə görmək olar. Fəsillərin ən gözəli olan payız demək olar ki, həzin bir musiqidir. Ayaqlar altında yarpaqların xışıltısı, yağışın damlaları bir payız simfoniyası yaradır. Təbiətin bu gözəlliklərini təsvir edən şagirdlər təbiətin qoynunda keçirilən bu dərsdən çox razı qaldılar.