Xəlil Rza Atatürkün anadan olmasının 83-cü ildönümü münasibətilə dəyirmi masa keçirildi

Oktyabrın 22-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Səfərəliyevanın rəhbərliy altında  Xəlil Rza Ulutürkün anadan olmasının 83-cü ildönümü münasibətilə dəyirmi masa keçirildi. Dəyirmi masa məktəbin kitabxanasında 9 "B" sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Azadlıq, müstəqilik carçısı olan vətənpərvər şairin yaradıcılığından seçmələr dinlənildi və müzakirə olundu. Müxtəlif mövzulara həsr olunmuş şeirlər iştirakçıların böyuk marağına səbəb oldu. Məktəbin kitabxanaçısı Elmira Rzayeva tədbir iştirakçılarına gözəl çıxışlarına görə təşəkkür etdi. Sonda G. Səfərəliyeva tədbiri yekunlaşdıraraq şagirdlərə öz minnətdarlığını bildirdi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi