Azərbaycan bayrağı Azərbaycan xalqının şərəfidir

Noyabrın 8-də məktəbin ibtidai siniflərində 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş layihələr təqdim olundu. Firəngiz Nağıyevanın rəhbərliyi ilə 2 "B", Naida İbrahimovanın rəhbərliyi ilə 2 "A", Larisa Jilkovanın rəhbərliyi altında 3 "C", Mahirə Ələsgərovanın rəhbərliyi altında 1"B" sinif şagirdləri Bayraq Gününə həsr olunmuş layihələrdə fəal iştirak etdilər. Hər bir layihə Dövlət Himnimiz səslənməsi ilə başladı. Şagirdlər üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. 1 "B" sinif şagirdləri bayrağımıza olan sevgilərini bayraq təsvirli aplikasiyalar düzəltməklə, 2 "C" sinif şagirdləri rəsmlər çəkməklə, 2 "B" sinif şagirdləri isə bayrağımıza həsr olunmuş şeirlər və mahnılar ifa etməklə fərqləndilər. 2 "A" sinfinə gəldikdə isə şagirdlər bayrağımıza olan sevgi və hörmətlərini öz əl izləri ilə rəsm nümunəsi yaratmaqla çatdırdılar. Bu işi ərsəyə gətirməklə həm də həmrəylik və birllik nümayiş etdirdilər. Qoy həmişə bayrağımız yüksəklərdə dalğalansın!