Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. 08. 11. 2017-ci il tarixində məktəbin 8 "B" sinif şagirdləri Nəsimi rayon İcra Hakimiyyətinin keçirdiyi Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayrağımız- kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir" adlı tədbirdə iştirak etdilər. Tədbir Nizami kinoteatrında keçirildi və bayrağımızın səhnəyə gətirilməsi ilə açıq elan edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbirdə şagirdlərimiz bayrağın rənglərini əks etdirən geyimləri qürurla daşıdılar. Çıxış edənlər üçrəngli bayrağın yaranma tarixi, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyətindən danışdılar. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Sonda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı A. Əsgərov çıxış edərək bu tarixi gün münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi.