“İntellektual klub” layihəsinin üzvləri arasında ikinci intellektual yarış keçirildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi" çərçivəsində qalib olmuş “İntellektual klub” layihəsinin üzvləri arasında noyabrın 7-də ikinci intellektual yarış keçirildi. Komandalara dünyada baş verən müxtəlif hadisələr, ixtiralar, Azərbaycan tarixi və kinofilmləri haqqında müxtəlif suallar təqdim olundu. Yarışda Nəsimi rayon 159 №-li, 14 №-li və 247 №-li məktəblərin şagirdləri fərqləndilər. Sonda layihənin təlimçisi Ramil Süleymanov yarışın qaliblərini həmişə olduğu kimi müxtəlif hədiyyələrlə mükafatlandırdı. Qeyd edək ki, layihənin məqsədi şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi