STEM dərslərinin ilk açılışı oldu

6 noyabr tarixində 247 nömrəli tam orta məktəbdə STEM dərslərinin ilk açılışı oldu. Dərslər həftədə iki dəfə olmaqla iki qrupa təşkil olunacaqdır. Yaş qrupu olaraq II-IV siniflər üzrə 20, V-VIII siniflər üzrə 20 şagird olmaqla cəmi iki qrup nəzərdə tutulur. Dərslərdə təlimçi qismində Engineering For Kids şirkətinin təlimçiləri Çingiz Səlimov, Mario Caicedo, asistentlər Günel Əzizova və məktəbin texniki fənləri tədris edən müəllimləri iştirak edəcəklər. Mühəndisliyin, texnologiyanın sirlərini öyrədən layihə zamanı hər dərsin sonunda şagirdlər tərəfindən hazır işlər təqdim olunur. Hər dərs bir layihə deməkdir. Qeyd edək ki, STEM təhsil metodu şagirdlərə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi