Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

3 noyabr tarixində məktəbin akt zalında musiqi müəllimi Yeganə İsayevanın rəhbərliyi altında Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Bülbül Azərbaycanın professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadimdir. O 1987-ci ildə Şuşada anadan olmuşdur. Onun ifasında səslənən bir çox musiqilər insanların ürəklərini fəth etmişdir. Bunlardan "Sənsiz", "Sevgili canan", "Ölkəm" romanslarını, "Süsən sünbül", "Qara gözlər", "Xumar oldum", "Çal-oyna" və s. xalq mahnılarını göstərmək olar. Tədbirdə şagirdlər Bülbülün həyat və yaradıcılığından bəhs etdilər. Daha sonra tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissədə istedadlı şagirdlər Bülbülün repertuarından xalq mahnıları ifa etdilər. Sonda söz məktəbin məzunu olmuş Tural Cəfərova verildi. O isə Bülbülün klassikasına müraciət etdi və ifa etdiyi əsərlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Bülbülün ənənələri müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi