6-cı sinifdə şeir müsabiqəsi keçirildi

Oktyabrn 30-da 6 "B" sinfi-ndə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Abbasovanın rəhbərliyi altında M. Pənah Vaqifin yaradıcılığına həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər qoşmalar, bayatılar, təcnislər söylədilər. Münsiflər heyətinin üzvləri məktəbin direktoru N. Ə. Hacıyeva, kitabxanaçı E. Rzayeva və psixoloq G. Hüseynova idi. Şagirdlərdən Nurcan Əliyevanın ifasında "Durnalar", Fatimə Hacızadənin ifasında "Fatimə" və Ülkər Pirməmmədovanın ifasında "Gözəl" təcnisi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. İbrahim Nəsirli və Nuran Ələkbərov isə Vaqif və Vidadinin deyişməsini özlərinə məxsus şirinliklə ifa etdilər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olundu. Müsabiqə olduqca maraqlı keçdi. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin şeirə olan maraqlarını daha da artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi