Əsrarəngiz payız

Sentyabrın 22-dən yurdumuza payız fəsli qədəm qoyub. Payızda gündüzlər qısalır, gecələr isə uzanır. Sərin, yağışlı və küləkli günlərin sayı artır. Ağaclarların yarpaqları saralır və bir müddət sonra isə tökülməyə başlayır. Bunları müşahidə edən 3 "C" sinfinin şagirdləri 31. 10. 2017-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Larisa Jilkovanın rəhbərliyi altında payız fəslinə həsr olunmuş "Əsrarəngiz payız" adlı layihə təqdim etdilər. Layihədə şagirdlər payız fəslinə həsr olunmuş öz əl işlərindən ibarət "Qızıl payız" adlı sərgi nümayiş etdirdilər. Bundan başqa onlar şeirlər, mahnılar söylədilər və müxtəlif səhnəciklər göstərdilər. Uşaqların keçirtdikləri əyləncəli yarışlar isə layihə iştirakçıları tərəfindən maraqla qarşılandı.