1-ci sinif şagirdləri ilə psixoloji korreksiya işləri aparılmışdır

Oktyabrın 30 da məktəbin psixoloqu Gülbəniz Hüseynova 1-ci sinif şagirdlərinin psixoloji hazırlıq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə şagirdlərlə korreksiya işləri aparmışdır. Şagirdlərin diqqətinin mərkəzləşməsi və davamlığının artırılması, yaddaşın gücləndirilməsi, təfəkkürün inkişaf etdirilməsi məqsədi ilə müxtəlif əyləncəli metodlardan istifadə edilmişdir.