"Üç ana, üç oğul" mətni səhnələşdirildi

Fəal təlimin üsullarından biri də rollu oyundur. Bu üsul əsasən ibtidai siniflərdə tətbiq olunur. Oktyabrın 25 də Naida İbrahimovanın rəhbərliyi altında 2 "A" sinif şagirdləri Azərbaycan dili dərsində "Üç ana, üç oğul" mətnini səhnələşdirdilər. Uşaqlar onlara tapşırılmış rolları məharətlə ifa etdilər. Bu metod şagirdlərdə yaradıcı və tənqidi təfəkkürü inkişaf etdirir, əməkdaşlıq qabiliyyətini gücləndirir. Sonda şagirdlər "ən yaxşı oğul kimdir?" sualına cavab verərək təsirli səhnə yaratdılar. Onların çıxışı alqışlarla qarşılandı. Dərs maraqlı və rəngarəng keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi