İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz

27 Oktyabr tarixində “İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirildi. Tədbirdə müxtəlif unuversitetlərin tələbələri, orta məktəb şagirdləri və ölkəmizdə təhsil alan xarici tələbələr də iştirak etdilər. Tədbirin əvvəlində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olundu. Sonra 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil oldular. Bunların arasında məktəbimizin IX sinif şagirdləri Pərvin Fətəlizadə və Kamil Musayev İndoneziya Respublikasını, VIII sinif şagirdi Ləman Nəbiyeva isə Azərbaycan Respublikasını təmsill edirdilər. Ləman Nəbiyeva bayrağımızın rənglərini ifadə edən geyimi qürurla daşıyırdı. Xalqların dinc, yanaşı yaşaması çərçivəsində İslam Həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasındakı münasibətlərin genişlənməsinə öz töhfəsini verməkdədir. İslam Həmrəyliyi, təkcə İslam dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yüksəlişi üçün böyük əhəmiyyətə malikdir. Tədbirin sonunda İslam ölkələrinin milli rəqslərindən ibarət konsert təqdim olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi