Bayram tipli layihə təqdim olundu

Oktyabrın 25-də məktəbin rus dili və ədəbiyyat müəllimi Saidə Yusubovanın rəhbərliyi altında rus bölməsinin 6 "C" sinif şagirdləri Leksikologiya və Frazeologiya tədris vahidlərinin bitirməsi münasibətilə bayram tipli layihə təqdim etdilər. Onlar bu tədris vahirlərində öyrəndiklərini şeirlər, səhnəciklər və dialoqlar vasitəsilə layihə iştirakçılatına çatdırdılar. Şagirdlər maraqlı çıxışlar edərək Leksikologiyada sözlərin mahiyyəti, mənşəyi və işlənmə qaydalarını izah etdilər. Onlar klassik ədəbi əsərlərdə işlənən və hazırda unudularaq ümumişlək mənasını itirən sözlədən də söhbət açdılar. Sonda Azərbaycan xalq mahnısı olan "Sarı gəlin" musiqisinin sədaları altında qədim mili geyimlərimiz slaydlar vasitəsi ilə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi