Fövqəladə hallar uşaqların gözü ilə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinə start verilmişdir. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçiriləcəkdir. Müsabiqədə məktəbimizin 3 "B" sinif şagirdi Sarıyev Sahib qəza-xilasetmə texnikasının modeli nominasiyası üzrə hazırladığı "Yanğınsöndürən maşın" modeli ilə iştirak edəcəkdir. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətinin yönəldilməsindən ibarətdir.