Riyaziyyat fənni üzrə inkişaf dinamikasının izlənməsi

2017-2018-ci il fəaliyyət planına əsasən oktyabrın 27-də məktəbin 9-cu siniflərində riyaziyyat fənni üzrə məktəbdaxili monitorinq keçirildi. Şagirdlər hər fəndən 20 qapalı və 10 açıq tipli test tapşırıqlarını cavablandırdılar. Qeyri-fənn müəllimlərinin nəzarətçiliyi ilə keçirilən imtahan iki saat davam etdi. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin yazı işinin nəticəsini əvvəlki yazılarla müqayisə etmək və ümumilikdə inkişaf dinamikasını izləməkdən ibarət idi.