N. Gəncəvinin həyat və yaradıcılığına müraciət

Oktyabrın 26 da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Esmira İbrahimovanın rəhbərliyi altında 8 "A" sinif şagirdlərinin iştirakı ilə dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş layihə həyata keçirildi. Şagirdlər dahi şairin həyat və yaradıcılığından bəhs etdilər. Daha sonra məşhur "Xəmsə" poemasına daxil olan əsərlərin hər biri ayrılıqda təhlil edilərək "Kərpickəsən kişi" dastanından və digər əsərlərdən parçalar səhnələşdirildi. M. Maqomayevin ifasında şairin saf, səmimi məhəbbətin tərənnümünə həsr edilmiş "Sevgili canan" əsəri səsləndirildi. Sonda isə layihə iştirakçıları "Xeyir və şər" cizgi filmini izlədilər.