Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı aylığı davam edir

Fəaliyyət planına əsasən oktyabr ayı Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı aylığı elan olunmuşdur. Məktəbin ibtidai sinif şagirdləri fiziki tərbiyə dərslərini mütəmadi olaraq idman zalında keçmiş və onlar üçün müxtəlif oyun və yarışlar təşkil olunmuşdur. Şagirdlər burada yeni idman növləri və avadanlıqları ilə tanış olaraq hərəki qabiliyyətlərin inkişafı üçün faydalı olan müxtəlif təyinatlı oyunlar və estafetlərdə iştirak etdilər. Bundan başqa sıra ümuminkişaf hərəkətləri icra etdilər. Müəllimlər onlara komandalı fəaliyyət zamanı yoldaşlarına mənəvi-iradi dayaq, oyun zamanı zəruri təhlükəsizlik və özünümühafizə qaydalarını izah etdilər. Şagirdlər müxtəlif meyarlar üzrə qiymətləndirildilər.