Masanın səhər və nahar yeməyinə hazırlanma qaydaları

Oktyabrın 22-də ibtidai sinif müəllimi İlahə Hacızadə 1 "Ç " sinfində texnologiya dərsində "Masanın səhər və nahar yeməyinə hazırlanma qaydaları" mövzusunu tədris etdi. Burada uşaqlar əyani şəkildə yemək süfrəsinin atributları ilə taniş oldular. Uşaqlar qruplara ayrılaraq verilən tapşırıqlara əsasən, masanı səhər yeməyinə uyğun tərtib etdilər. Sonda qruplar bir-birinin hazırladıqları süfrələri qiymətləndirdilər. Dərsin əyani vəsaitlərlə keçirilməsi uşaqlarda böyük maraq oyatdı.