Narkomaniya və onun fəsadları

20 oktyabrda Bakı Şəhər Baş Polis İdarəsi, Nəsimi Rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə məktəbdə “Narkomaniya və onun fəsadları” adlı tədbir keçirildi. Tədbirdə məktəbin IX- XI sinif şagirdləri iştirak etdilər. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları məktəblilər qarşısında çıxış edərək narkotik maddələrin insan həyatına vurduğu ziyandan, onların özlərinin və ailələrinin çəkdikləri əziyyətdən və narkotikdən həyatını itirənlər barədə məlumat verdilər. Çıxış edənlər gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıldılar. Konkret faktlarla narkotika qurbanlarının əvvəlki və sonrakı həyatı barədə, narkomanların törətdikləri müxtəlif cinayətlər, narkomanlığa qurşanmış gənclərin ailələrində yaranan problemlər və onların dağılmalarından şagirdlərə məlumat verildi. Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı slaydlar nümayiş etdirildi. Yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölüm"ə qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd şagirdlərdə sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlukəli olduğunu izah etməkdən ibarətdir