"İntellektual klub" layihəsinin ilk təlimi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi" ndə məktəbin informatika müəllimi Qurbanova Almaz Əsəd qızının məktəblərarası əməkdaşlıq bölməsi üzrə qalib gəlmiş "İntellektual klub" layihəsinin ilk təlimi keçirildi. Layihənin məqsədi magirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. Oktyabrın 19-da Nəsimi rayonu 247 №-li tam orta məktəbdə layihə çərçivəsində ilk təlimi keçirildi. Təlimdə seçim turundan uğurla keçmiş 32 şagird: Nəsimi rayonu üzrə 54 №-li, 14 №-li, 247 №-li, 159 №-li və Texniki Humanitar Liseyin şagirdləri iştirak etdilər. İlk təlim demək olar ki, tanışlıq üzərində quruldu və şagirdləri layihəyə seçildikləri üçün təbrik edərək onlara uğurlar arzuladıq. Bununla yanaşı layihə iştirakçılarına növbəti təlimə hazırlaşmaq üçün mənbələr gösrərilərək müəyyən tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi