Bu gün mənim ürəyim Azərbaycan boydadır

18. 10. 2017-ci il tarixində məktəbin akt zalında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə "Bu gün mənim ürəyim Azərbaycan boydadır" adlı ədəbi-bədii kompozisiya keçirildi. Məktəbin tarix müəllimi Günay Allahverdiyeva çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və qeyd etdi ki, Azərbaycan Respublikası artıq 20 ildir ki, əsarət altında olmayan, müstəqil, istiqlal ölkədir. Ölkəmiz bu istiqlaliyyətə Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra qovuşmuş və bu gün 18 oktyabra təsadüf etmişdir. 1920-ci ildə cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri üzərində 1991-ci ildə yenidən müstəqil Azərbaycan dövləti yarandı. Digər çıxış edənlər Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlərdən bəhs etdilər. Tədbirdə şagirdlərin təqdimatında müstəqilliyimizi əks etdirən şeirlər, mahnılar, tarixi faktlar səsləndirildi. Sonda məktəbin direktoru Nihal Hacıyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi