1"Ç" sinif şagirdləri sinif otağında yaşıl guşə yaratdılar

Təbiətin bizə bəxş etdiyi gözəlliklərdən biri də güllər və çiçəklərdir. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib və insan yaradıcılığının bütün sahələrinə ilham vermişdir. Təsadüfi deyil ki, psixoloqlar da yaşıllığın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyini qeyd edirlər. 12. 10. 2017-ci il tarixində ibtidai sinif müəllimi Hacızadə İlahənin rəhbərliyi ilə 1"Ç" sinif şagirdləri texnologiya dərsində "Dibçək güllərinə qulluq" mövzusunun tədrisi zamanı öz sinif otaqlarında yaşıl guşə yaratdılar. Uşaqlar böyük həvəslə dibçəklərə müxtəlif güllər əkdillər və həmişə bu güllərə qulluq göstərəcəklərinə söz verdilər. Müəllim şagirdlərə otaq bitkilərinin havada olan mikrobların sayını azaldaraq otağın havasını təmizləməsini və həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldırdığını izah etdi. Təbiətlə ünsiyyətdə olmaq və güllərə qulluq etmək isə insana daha çox zövq verir.