Azərbaycan dili fənni üzrə məktəbdaxili monitorinq keçirildi
2017/2018-ci tədris ilinin fəaliyyət planına əsasən 11. 10. 2017-ci il tarixində məktəbin 9-cu siniflərində Azərbaycan dili fənni üzrə məktəbdaxili monitorinq keçirildi. Şagirdlər qapalı və açıq test tapşırığını cavablandırdılar. Qeyri-fənn müəllimlərinin nəzarətçiliyi ilə keçirilən imtahan 1 saat 20 dəqiqə davam etdi. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan dili fənni üzrə ilkin bilik səviyyələrini yoxlamaqdan ibarət idi.