1-ci qrant müsabiqəsi üzrə "İntellektual klub" layihəsinin seçim turu keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15. 08. 2017-ci il tarixində elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi"ndə məktəbin informatika müəllimi Qurbanova Almaz Əsəd qızının məktəblərarası əməkdaşlıq bölməsi üzrə "İntellektual klub" layihəsi də qalib layihələr sırasında olmuşdur. Oktyabrın 10-da məktəbdə layihənin seçim turu keçirildi. Seçim turunda Nəsimi rayonunun 19 №-li, 14 №-li, 54 №-li, 159 №-li və 247 №-li tam orta məktəblərinin və Texniki Humanitar Liseyin şagirdləri iştirak etdilər. Qapalı test sualları vasitəsilə 65 şagirdin intellektual bilik səviyyəsi yoxlanıldı. İmtahanın nəticəsi elan olunduqdan sonra intellektual səviyyələri yüksək olan şagirdlər seçiləcək və onlara üç ay ərzində 247 №-li tam orta məktəbdə Enginet MMC-nin əməkdaşı Ramil Süleymanov tərəfindən təlim keçiriləcəkdir. Layinənin rəhbərinə və şagirdlərə bu işdə uğurlar arzulayırıq.