1-ci qrant müsabiqəsi çərçivəsində təlimlərə STEM TəhsiL Mərkəzində start verildi

STEM təhsil mərkəzi və 247 № -li tam orta məktəbin birgə layihəsi çərçivəsində təlimlər start götürüb. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində 247 №-li tam orta məktəbin təqdim etdiyi “Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi STEM Təhsil Mərkəzi ilə birgə həyata keçirilir. Layihəyə uyğun olaraq müəllimlərə təlim keçirilir, məktəbdə istifadə etmək üçün STEM kurrikulumları və STEM laboratoriyası hazırlanır. STEM dərsləri pilot olaraq məktəbin şagirdləri üçün sınaqdan keçiriləcəkdir, gələcəkdə isə məktəbdən sonra dərnək, əmək dərsləri və ya texnologiya dərslərində istifadə oluna bilər. STEM təhsil metodu şagirdlərə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi