Məktəbimiz 1-ci qrant müsabiqəsində qalib oldu

Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi" nin qalibləri sırasında Bakı şəhəri 247 №-li tam orta məktəb də yer aldı. Layihənin adı: Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi. Layihənin istiqaməti: Ümumi təhsilin məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi. Layihədə əsas 5 vəzifə qarşıya qoyulur:1. STEM kurikulumlarının hazırlanması2. Məktəb müəllimlərinə STEM təlimlərinin keçirilməsi3. Tərtib olunmuş kurikulumların pilot tətbiqi4. Məktəbdə STEM laboratoriya otağının yaradılması5. Layihə çərçivəsində məktəb, STEM Təhsil Mərkəzi, Universitetlərdən biri və valideynlər ilə iş birliyinin qurulması.Məşhur Amerika təhsil markası Engineering For Kids təhsil mütəxəssisi Dori Robertsin ideyasıdır. Geniş riyaziyyat və texnologiya biliyinə malik olmaqla Roberts Amerikada orta məktəbin 11-ci sinif şagirdləri üçün mühəndislik fənni tədris etmişdi. Müəllimlik karyerası ərzində o, riyaziyyat, elm və mühəndislik proqramlarına böyük ehtiyac olduğunu müşahidə etmiş və bunun üçün dərsdən sonra düşərgələr təşkil edərək bu proqramın dünyaca məşhur təhsil markası olmasına nail olmuşdur. Hazırda bu proqram 21 ölkə olmaqla 145 mərkəzdə fəaliyyət göstərir və 30-dan çox rəsmi franşizası vardır.STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEM kurikulumu fənlərarası, praktik və tətbiqi dəsrlərdən ibarətdir. STEM dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir.Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşqələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını tələbələrə göstərir. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdılar. Bu yanaşma tələbələrə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEM fənləri tələbələrə hansı peşə seçmələrindən asılı olmayaraq, onları həyata hazırlayır. 247 №li tam orta məktəbin bir qrup müəllim heyətinə STEM Təhsil Mərkəzi ilk dəfə olaraq STEM metodologiyası ilə təlimlər keçəcək, daha sonra şagirdlər üzərində tətbiq olunacaq, layihə əsaslı dərslər hazırlanacaq. 9 oktyabr-STEM Təhsil Mərkəzində məktəbin 8 nəfər müəllim heyəti təlimlərə başlayacaq. Uğurlar!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi