Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi" ndə məktəbin informatika müəllimi Qurbanova Almaz Əsəd qızının məktəblərarası əməkdaşlıq bölməsi üzrə "İntellektual klub" layihəsi də qalib gələn layihələr sırasında oldu. Layihədə məktəblər arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə aşagadakı işlər nəzərdə tutulmuşdur: 1. Layihənin adı:“İntellektual klub”2. Layihənin məqsəd və vəzifələri:Şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirmək. İntelektual yarışlara hazırlaşmaq üçün, xüsusi təlimlər təşkil etmək və onların intelektual səviyyəsini və dünyagörüşünü artırmaq. 3. Görüləcək işlər:Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən məktəblərin 7 və 8-ci siniflərində oxuyan intellektual səviyyəsi yüksək olan şagirdlərin seçilməsi və onların gələcəkdə respublikamızda keçirilən intellektual yarışlarda yüksək nəticə göstərmələri üçün aşağıdakı işlərin görülməsi planlaşdırılmışdır. Seçim turunda şagirdlərə dünyagörüşü və digər fənlər üzrə suallar təqdim olunacaq. Biliyi qiymətləndirilən 32 şagirddən sonda 8 nəfər ən yaxşı şagird seçiləcək. Qiymətləndirmə mərhələsi Nəsimi rayon 247 saylı tam orta məktəbdə 12. 10. 2017-ci il saat 11-də keçiriləcəkdir. Seçilmiş şagirdlərə həftədə üç dəfə təlimlər keçiriləcəyi nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi