Şagirlərimiz 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak etdilər

6 Oktyabr da Bakı şəhərində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisinin ilk günündə məktəbin şagird və müəllim kollektivi iştirak etdi. Sərgi çərçivəsində Azərbaycan, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və bir çox digər ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim etdilər. Ölkəmizin ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Baki Dövlət Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri iştirak edirdilər. Şagirdlərimiz təhsil mərkəzlərinin kompaniyalarında iştirak edib müxtəlif hədiyyələr qazandılar və sərgidən yüksək təəssüratla qayıtdılar.