Beynəlxalq Müəllimlər Günü qeyd olundu

1994-cü ildən 5 oktyabr tarixi YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu gün münasibətlə oktyabrın 5-də 247 №-li tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nihal Hacıyeva çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik etdi. Onlara bu çətin peşələrində uğurlar və bol-bol nailiyyətlər arzuladı. Sonra isə söz şagirdlərə verildi. Onlar müəllimləri ifa etdikləri şeir, mahnı və rəqslərlə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi